Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Seyid İbrahim Rəisi arasında telefon danışığı olub.
Newscenter-az xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, liderlər Qurban bayramının bütün bəşəriyyətə, xüsusilə İslam dünyasına sülh, əmin-amanlıq və bolluq gətirməsini arzulayıblar.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Mehman Mehdiyev