Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADPU-da yaradılan şəffaf və obyektiv mühit inkişafı şərtləndirir

ADPU-da yaradılan şəffaf və obyektiv mühit inkişafı şərtləndirir


Mən 2019-cu ildən ADPU-da təhsil alıram. Keçən illər ərzində daim ümumi prosesləri və baş verənləri izləmişəm. Tələbə olduğum üçün universitetin fəaliyyətində hərtərəfli iştirak etmək imkanlarım da olub. Bu il beş illik təhsil müddətinin dörd ilini başa vururam. Artıq ADPU barəsində apardığım təhlillər, araşdırmalar və tədqiqatların nəticələrini ictimaiyyətə bölüşmək istəyirəm.

Bu fikirləri Newscenter-az-a açıqlamasında ictimai-siyasi fəal, ADPU-nun tələbəsi Anar Salehoğlu səsləndirib.

O, qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasəti ADPU-da başda universitetimizin rektoru, professor Cəfər Cəfərov olmaqla bütün rəhbər şəxslər və ümumuniversitet əməkdaşları tərəfindən qarşılıqlı anlaşma şəraitində yüksək səviyyədə tətbiq edilir. Beynəlxalq təcrübənin tətbiq, təbliğ və təşviqinə böyük önəm verən universitet rəhbərliyi xaric dövlətlərin ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını günü-gündən genişləndirir. Müxtəlif xarici ali təhsil müəssisələri ilə tələbə mübadiləsi və ikili diplom proqramları həyata keçirilir.

Anar Salehoğlu sonda fikirlərini belə bitirib: Ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə qarşı göstərdiyi diqqət və qayğı ADPU-da da özünü göstərir. Bu istiqamətdə mühüm addımlar atılır. Bütün məsələlər qanunlar çərçivəsində tələbəyönümlü qərarların qəbul edilməsi ilə həll edilir.

Anar Əliyev
Xəbəri paylaş