Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və oğlu, Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan saxlanılıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Qeyd olunub ki, o, dələduzluqda şübhəli bilinir.
Keçmiş səfir dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində ziyan vurmaqda təqsirləndirilir.