Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qobu Park” yaşayış kompleksinin içməli su təchizatı yaxşılaşdırılıb

“Qobu Park” yaşayış kompleksinin içməli su təchizatı yaxşılaşdırılıb


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirir.

Newscenter.az-a Agentlikdən bildirilib ki, şəbəkələrdə tənzimləmə işlərinin aparılması və yeni nasos qurğularının quraşdırılması hesabına Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci yaşayış massivi və məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksinin içməli su təchizatı yaxşılaşdırılıb.

Lökbatan qəsəbəsində yerləşən 1 saylı nasos stansiyası əvvəllər qəsəbə ərazisini, həmçinin 5 min kubmetr və 2 min kubmetr tutumu olan 2 mərkəzi anbarları içməli su ilə təmin edib. “Qobu Park” yaşayış kompleksi salındıqdan sonra kompleksin də su təchizatı bu stansiya hesabına aparılıb. Kompleksin genişlənməsi, eləcə də Lökbatan qəsəbəsi 2-ci yaşayış massivində məskunlaşmanın artması suya tələbatı artırıb. Nasos stansiyasının ötürücülük gücü artan tələbatı qarşılamaq imkanında olmadığından “Qobu Park” yaşayış kompleksini təmin etmək üçün əlavə aqreqat quraşdırılıb. Bununla da “Qobu Park” yaşayış kompleksinin su təchizatında yaranan problemlər aradan qalxıb. Eyni zamanda yeni aqreqatın quraşdırılmasından sonra mövcud nasoslarla 2-ci yaşayış massivinə suyun nəqli gücləndirilib.

Hazırda Lökbatan qəsəbəsi, Rafael Salmanov və 6-cı massiv 4-cü küçənin su təchizatında yaranmış problemin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə ərazidən keçən təzyiqli magistral xətdən 110 mm diametrli borularla 350 metr uzunluğunda əlavə birləşmə verilməklə şəbəkənin su təchizatı yaxşılaşdırılacaq.

Sona
Xəbəri paylaş