Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pensiyaya çıxmaq üçün, ölkəmizdə yaş həddi postsovet məkanı ilə müqayisədə ən yüksək həddədir

Pensiyaya çıxmaq üçün, ölkəmizdə yaş həddi postsovet məkanı ilə müqayisədə ən yüksək həddədir


"Hansı məmur işindən uzaqlaşdırılırsa, onun sərvətinin cədvəli çıxır. Yüz milyonlarla sərvət, Azərbaycan kimi az maaş və az imkanlar tanınan ölkə üçün çox böyük rəqəmdir və bunların hansı yollarla əldə olunması da aydındır. Amma, sadə xalq hüquqlarından məhrum edilib və yaxud da tam olaraq sosial hüquqlarından istifadə edə bilmir".

Newscenter.az xəbər verir ki, bu fikirləri ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, uşaq pulu verilmir, pensiyanın məbləği çox aşağı səviyyədədir:

"Bundan başqa pensiyaya çıxmaq üçün əlillik dərəcəsi demək olar ki, yüzdə əllisinə verilir. Qalanları bürokratik əngəllər üzündən bu dərəcələrdən məhrum olublar. Həmçinin, pensiyaya çıxmaq üçün, ölkəmizdə yaş həddi postsovet məkanı ilə müqayisədə ən yüksək həddədir. Pullu təhsil müəssisələrində təhsil almaq üçün, tələbələrə dövlət uzunmüddətli bonus ayırmır və sairə. Bundan əlavə bütün xidmət göstərən təşkilatlarda, korrupsiya mövcuddur".

Anar Əliyev
Xəbəri paylaş