2024-cü ildən etibarən tələbə təqaüdləri artacaq.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hökumət Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
Türkiyə lideri deyib ki, 2024-cü ildə bakalavrlar üçün 2 min, magistratura tələbələri üçün 4 min, doktorantlar üçün 6 min lirə təqaüd alacaqlar.
Qeyd edək ki, bu il üçün bakalavrlar 1250, magistrlar 2500, doktorantlar üçün isə 3750 lira təqaüd nəzərdə tutulmuşdu.
Nərgiz Əzizova