Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minimum əmək haqqı artacaq

Minimum əmək haqqı artacaq



Minimum əmək haqqı yenidən artırıla bilər.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Işıkhan verib. Nazir qeyd edib ki, dekabrın əvvəlində bu məqsədlə hökumət komissiyası toplanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri olaraq istehsalın davamlılığını və əmək bazarında maraqlı tərəflərlə tarazlığın təmin edilməsinin onların ən mühüm vəzifələrindən biri olduğunu ifadə edən İşıqhan, bütün vətəndaşların həyat standartlarını yüksəldəcək mühüm addımlar atmaq niyyətində olduqlarını vurğulayıb.

Təqaüdçülər, məmurlar və işçilər də daxil olmaqla cəmiyyətin heç bir təbəqəsini inflyasiyaya məruz qoymayacaqlarını ifadə edən nazir Işıkhan, bu məqsədlə gələn ilin fevral ayında minimum əmək haqqının artırılması məsələsinə baxılacağını deyib.

Natiq Orucov
Xəbəri paylaş