Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimlinin son çırpıntıları: Hakimiyyət sevdasının acı sonu

Əli Kərimlinin son çırpıntıları: Hakimiyyət sevdasının acı sonu


"Keçən əsrin 80-ci illərində alovlanan "Milli Azadlıq Hərəkatı"nın son mərhələsi - Meydan Hərəkatı, o, cümlədən SSRİ-nin tənəzzülü müstəqilliyimizi yenidən qazanmağımıza imkan yaratdı. Ancaq AXCP-nin Azərbaycanda siyasi hakimiyyətə yiyələnməsi, rəhbər vəzifələrdə səriştəsiz, bacarıqsız və savadsız insanların təmsil olunması ölkəmizi taleyüklü təhlükələr ilə üz-üzə qoydu. Əli Kərimli də həmin şəxslərin arasında idi və adıçəkilən şəxsin hakimiyyət hərisliyi hələ o, vaxtlardan özünü göstərirdi. Amma çətin günlərdə xalqın Heydər Əliyevi səsləməsi onun arzusunu ürəyində qoydu".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən ictimai siyasi Anar Salehoğlu deyib ki, 2000-ci ildə AXCP rəhbəri Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra Əli Kərimli, partiyanı mənfur məqsədlərinə nail olmaq üçün öz əlinə keçirdi:

"Elçibəy prezident kürsüsündən getdiyi gündən etibarən Əli Kərimli onun yerinə hər hansısa yolla keçməyi planlaşdırırdı. Sabiq prezidentin ölümü Kərimlinin işini asanlaşdırdı. AXCP rəhbəri olduqdan sonra o, YAP və hakimiyyət nümayəndələri ilə siyasi etikanı hər an kobudcasına pozan mübarizə yolunu seçdi. Zaman keçdikcə Ə.Kərimlinin hakimiyyət hərisliyi onu daha da azğınlaşdırdı. Lakin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət qarşısında atdığı bütün addımlar çarəsiz qaldı. Prezident İlham Əliyevə qarşı apardığı qarayaxma kompaniyası da davamlı uğursuzluğa uğradı".

Anar Salehoğlu qeyd edib ki, 2016-cı ildə baş verən Aprel döyüşləri, ardınca 2020-ci ildəki Tovuz döyüşləri və nəhayət Zəfərlə sona çatan 44 günlük Vətən müharibəsi prezident İlham Əliyevin siyasi fəaliyyətinin ən böyük uğuru oldu:

"Orduya göstərilən xüsusi diqqət və qayğı, maddi-texniki bazanın zənginləşdirilməsi və yüksək ixtisaslı hərbi kadrların yetişdirilməsi 100 minlik kontingentə sahib ordunun formalaşmasına gətirib çıxardı. 2020-ci ilin Noyabrın 8-də imzalanan üçtərəfli bəyanatdan sonra, xalqımızın Zəfər sevinci yaşadığı günlərdə Ə.Kərimli öz ampluasında idi. O, Qarabağda hələ də qanunsuz silahlı birləşmələrin qaldığını, bəzi ərazilərin işğalda saxlanıldığını bəhanə gətirərək prezidentin nüfuzuna xələl gətirərək vətəndaş qarşıdurması yaratmağa çalışırdı. 44 gün ərzində Azərbaycan xalqı həm siyasi həm də mənəvi birlik, həmrəylik nümayiş etdirdi. Müxalifət partiyaları ali baş komandana dəstəyini ifadə etdi. Birindən başqa: AXCP! Bəli Əli Kərimli nə öz adından nə də rəhbərlik etdiyi partiya adından müharibəyə, ölkə başçısına dəstəyini ifadə etmədi. Sizcə bu hər birimiz üçün açıq mesaj deyilmi?"

İctimai-siyasi fəal daha sonra bunları qeyd edib:

"Prezident İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ildə həyata keçirilən və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatları nəticəsində qeyri-qanuni erməni silahlı birləşmələrinin son tör-töküntüləri bütün Qarabağ ərazisindən təmizləndi, həmçinin Ə.Kərimlinin 2020-ci ildən bu günə qədər əlində bayraq edib çirkinliklə səsləndirdiyi iddialara və fikirlərə lazımi cavab verildi. Bundan dərs almayan AXCP rəhbəri efirlərdə Zəfər yürüşünün başlanmasını, əldə olunan möhtəşəm qələbəni və son antiterror əməliyyatlarını öz adına çıxmağa çalışır. Öz çıxışları və səsləndirdiyi fikirlər ilə prezident İlham Əliyevə təsir göstərdiyini və beləcə bizim böyük tarixi uğurlara imza atdığımızı iddia edir. Düşünürəm ki, bütün bunlar Əli Kərimlinin son çırpıntılarıdır. O, heç vaxt sağlam siyasi fiqur, əqidəli rəqib olmağı bacarmayıb. Amma hakimiyyət sevdasının acı sonu ilə barışaraq nəticələrinə qatlaşmaq məcburiyyətindədir. İstəsə də, istəməsə də reallıq budur!!!"

Anar Əliyev
Xəbəri paylaş