Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsilin İnkişafı Forumunun könüllüləri təltif edilib

Təhsilin İnkişafı Forumunun könüllüləri təltif edilib


Təhsilin İnkişafı Forumunda iştirak edən könüllülər Fondun qonaqları olublar.

Newscenter.az xəbər verir ki, görüşdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, “Bir Könüllü” Təşkilatının sədri Leyla Zeynalova, Fondun Layihələrin idarə edilməsi şöbəsinin məsul əməkdaşı Fəridə Hüseynzadə və könüllülər iştirak ediblər.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov könüllülük fəaliyyətinin gənclərin müxtəlif sahələr üzrə təcrübə qazanması və mühüm biliklərə yiyələnməsi baxımından əhəmiyyətini qeyd edərək, “Bir Könüllü” Təşkilatının könüllülərinə Təhsilin İnkişafı Forumu zamanı göstərdikləri dəstəyə görə təşəkkür edib, onlara fəaliyyətlərində müvəfəqiyyətlər diləyib.

Müzakirələrlə davam edən görüşün sonunda könüllülər 1 noyabr 2023-cü il tarixində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Təhsilin İnkişafı Forumunda aktiv könüllü fəaliyyətinə görə təltif ediliblər.

R.Mehdiyeva
Xəbəri paylaş