Antalya hava limanı yeni bir rekorda imza atıb.
Newscenter.az Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinə istinadən bildirir ki, sözügedən hava limanından üç ayda 3 milyon sərnişin istifadə edib.
Belə ki, Antalya Hava Limanı mart ayında 1 milyon 312 min 382 sərnişinə, ilin ilk 3 ayında isə 3 milyon 323 min 782 sərnişinə xidmət göstərib.
Mart ayında Antalya Hava Limanında daxili sərnişin dövriyyəsi 478 min 53, beynəlxalq sərnişin dövriyyəsi isə 834 min 329 olub. Belə ki, mart ayında cəmi 1 milyon 312 min 382 sərnişinə xidmət göstərilib.
Həmin müddətdə Antalya Hava Limanına eniş və qalxan təyyarə trafiki daxili xəttlərdə 3 min 558, beynəlxalq xətlərdə isə 5 min 914 olmaqla cəmi 9 min 472-yə çatdı. Yük, poçt və baqaj şəklində yük daşımaları cəmi 15 min 725 ton olub.
Natiq Orucov