Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda 140-dan çox Sinqapur şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir

Qazaxıstanda 140-dan çox Sinqapur şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir



Bu gün Qazaxıstanda 140-dan çox Sinqapur şirkəti və birgə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, Sinqapurun Qazaxıstan iqtisadiyyatına investisiyası 1,7 milyard dolları ötüb. Pandemiyanın yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, ikitərəfli ticarətin həcmi tezliklə 2 milyard dolları keçəcək".

Newscenter.az Akorda.az-a istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Sinqapura Prezidenti Tarman Şanmuqaratnamla görüşündə deyib. Onun sözlərinə görə, ölkəmiz etibarlı siyasi dialoqa, sürətlə inkişaf edən ticarət və investisiya əlaqələrinə yönəlmiş ikitərəfli əməkdaşlığın tamamilə yeni mərhələsini açmaq niyyətindədir. Dövlət başçısı Sinqapuru zamanın sınağından çıxmış etibarlı tərəfdaş hesab edib.

Qeyd edək ki, bu Qazaxıstan prezidentinin 20 ildən artıq müddətdə Sinqapura ilk səfəridir.

Fuad Hüseynzadə
Xəbəri paylaş