Kuba Rusiyaya qranit, mərmər, eləcə də digər materiallar tədarük etməyə hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya tikinti nazirinin müavini Nikita Stasişin deyib. Onun sözlərinə görə, Kuba tərəfi müvafiq təkliflər verib.
Stasişinin sözlərinə görə, Rusiya tikinti sənayesinin mütəxəssislərini hazırlayan və onların bacarıqlarını artıran Tikinti Nazirliyinin tabeliyində olan qurumlar Kubadan olan həmkarlarına təlimlər keçirirlər.
Natiq Orucov