Türkiyədə mis istifadəsi 2030-cu ildə 20 min tona çatacaq.
Newscenter.az xəbər verir ki, bu barədə İstanbul Sənaye Palatasının (İSO) İdarə Heyətinin sədri Erdal Bahçıvan məlumat verib.
Bahçıvan qlobal rəqabətin gündən-günə daha da çətinləşdiyini, sənaye sektorunun davamlı iqtisadi artım və sosial inkişafın əsas elementi kimi önə çıxdığını bildirib.
“Türkiyə mis sənayesi qlobal miqyasda mühüm mövqeyə malikdir”,-deyə o bildirib.
O bildirib ki, Türkiyədə günəş panelləri, külək turbinləri və elektrikli avtomobillərdə 2 min 200 ton mis istifadə edilib:
"Bu rəqəmin 2025-ci ildə 6 min 700 tona, 2030-cu ildə isə təxminən 20 min tona çatması gözlənilir".
Mehman Mehdiyev