Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır

ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır



"Ukrayna-Rusiya müharibəsi yaz aylarında danışıqlar prosesinə keçə bilər. Xüsusilə ABŞ prezidenti D. Tramp müharibənin dayandırılması istiqamətində ciddi addımlar atmayacaq. Rusiya mart ayına kimi yeni ərazilər ələ keçirmək üçün hücum əməliyyatlarını intensivləşdirəcək".

Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Avropa ölkələrinin gələn ildən Ukraynaya döyüşçülər göndərməsi istiqamətində konsensusa gəlməsi gözlənilir:

"Müharibə Rusiyanın üstünlüyü ilə davam edəcəksə, Avropa ölkələrinin təhlükəsizliyi təhdid altında olacaq. Avropa ölkələri D. Trampın Ukrayna siyasətindən narahatdır.

Əgər, Vaşinqton Ukraynaya lazımi hərbi dəstək göstərməsə, Avropa İttifaqı ilə ABŞ-la münasibətləri zəifləyəcək. Ukrayna müharibəsində həlledici dövlət Böyük Britaniyadir. Avropa ölkələrinin Ukrayna müharibəsi ətrafında vahid şəkildə birləşməsinə Londonun mühüm addımlar atması gözlənilir. Bu da Rusiya üçün ciddi nəticələri olacaq. ABŞ-ın formalaşdırdığı "Ramştaym" formatı özünü doğrultmadı. 50+ ölklərini birləşdirən Ramştaym formatı Vaşinqtonun layihəsi idi".

O deyib ki, ABŞ Ukraynada müharibənin davam etməsində maraqlıdır:

"Ona görə də ABŞ-ın müharibənin dondurulması istiqamətində addımlar atması istisna deyil. Böyük Britaniya Ukrayna müharibəsində yeni rol alacaqsa, Rusiyanın məğlubiyyəti qaçılmaz ola bilər".

Süleyman
Xəbəri paylaş