Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nə Qərb, nə də Rusiya Gürcüstan kimi geostrateji bir ölkəni əldən vermək istəyir

Nə Qərb, nə də Rusiya Gürcüstan kimi geostrateji bir ölkəni əldən vermək istəyir


"Gürcüstanda keçirilən son parlament seçkilərindən sonra vəziyyətin dramatikləşəcəyi proqnoz edilirdi. Çünki xarici və daxili amillər seçkilərin gərgin keçəcəyi və seçkisonrası qarşıdurmaların baş verəcəyini labüdləşdirirdi".

Newscenter.az xəbər verir ki, bunu AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu deyib. O bildirib ki, xarici faktorların Gürcüstana ciddi təsirləri cəmiyyəti də iki hissəyə parçalayıb:

"Şərti olaraq Qərbpərəstlər və Rusiyapərəstlər. Hazırkı hakimiyyət Moskvaya meyillilikdə və ölkəni Avroatlantik məkana inteqrasiyadan uzaqıaşdırmaqda günahlandırılır. "Gürcü Arzusu" partiyasının son dönəmlər sərgilədiyi siyasi kurs Gürcüstanın Qərblə olan əlaqələrinə xeyli zərər vurdu ki, bu da sonrakı etaplarda artan templə inkişaf etdi. Parlamentdə hakim partiyanın 53 faizdən çox səs qazandığı elan edilərək 150 parlament kreslosundan 89-na sahibləndi. Lakin müxalifət bildiyiniz kimi seçkinin saxtalaşdırıldığını bəyan edərək nəticələri tanımadı. Prezident S. Zurabaşivili də seçkilərin saxtalaşdırıldığını və yeni seçkilərin keçirilməsi barədə bəyanat verdi. Bu ziddiyyətlərin dərinliklərindən xəbər verdi. Ancaq "Gürcü Arzusu"nun partiyasının müxalifətsiz də höküməti quracağını və parlamentin fəaliyyət göstərəcəyini bildirəndən sonra müxalifətin hərəkətliliyi artdı. Oturaq aksiyalara əl atılması barədə qərar verildi. Göründüyü kimi hakimiyyət etirazların davamlı və kütləvi olmasının qarşısının alınması üçün şiddətdən belə çəkinmədi. Aksiyanı zorakılıqla dağıtdı".

Əli Oruclu deyib ki, müxalifət daha kütləvi və izdihamlı etiraz aksiyaları keçirməyə çalışacaq:

"Qarşıduran siyasi qüvvələrin sərt ritorikaları və gücdən istifadəyə meyilliliyi Gürcüstanda ciddi risklər yaradır. Problem həm də ondadır ki, nə Qərb, nə də Rusiya Gürcüstan kimi geostrateji bir ölkəni əldən vermək istəyir. Əgər nəzəri cəhətdən Qərb istəyinə nail olsa, bu regionda Azərbaycanın təklənməsi demək olardı. Hadisələrin təhlükəli, hətta vətəndaş qarşıdurmasına gəlməsinin qarşısını almaq üçün ilk növbədə Qərblə Rusiya kompromisə gəlməlidir. Əks halda faciələrdən qaçmaq mümkün olmaz. Nəzərə almaq lazımdır ki gürcü müxalifətinin də xeyli tərəfdarları var".

Süleyman
Xəbəri paylaş