EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren Kipr Türk Ticarət Palatasının rəhbəri Turqay Dənizlə görüşüb.
Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Hikmet Eren deyib ki, görüş zamanı Türkiyə və Şimali Türk Cümhuriyyəti arasında iqtisadi və ticari əlaqələri inkişaf etdirmək istiqamətindəki əməkdaşlığın gücləndirilməsi ilə bağlı məhsuldar müzakirələr aparılıb.
"Səmimi mühitdə baş tutan müzakirələr zamanı 16-19 dekabr 2024-cü il tarixlərində Girne şəhərində təşkil olunması planlaşdırılan tədbirlər barədə fikir mübadiləsi həyata keçirdik",-deyə Hikmet Eren qeyd edib.
Süleyman