Suryada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyənin, cənab Ərdoğanın bir başa rəhbərliyi və iştirakı heç bir şübhə doğurmur. Türkiyə bununla İrana, Rusiya və hətta eyni cəbhədən çıxış etdiyi ABŞ - a bir daha sübut etdi ki, regionun söz və güc sahibidir. Türkiyə nəinki regional, qlobal problemlərin həllində keçilməz oyunçu, dövlətdir.
Əlbəttə ki, 13 il əvvəl Suriya rejiminə qarşı vətəndaş müharibəsində Bəşər Əsədin devrilməməsində Rusiyanın, İranın dəstəyi vacib faktor idi. Rusiyanın Ukrayna ilə, İranın isə faktiki olaraq İsraillə zəiflədilməsi Suriyanıın, Bəşər Əsədin rejiminin taleyinə də təsir göstərdi. Ancaq, ən əsası isə Türkiyənin Bəşər Əsədin danışıqlara gedəcəyinə inanıb, Suriyaın suverenliyini qorumaq və rəsmi Dəməşqdən onun ərazisindən Türkiyənin təhlükəsizliiyinə zəmanət və təminat veriləcəyinə inanması idi. Rusiya və sair bir sıra qüvvələrin "dəminə" gedən Bəşər Əsəd Türkiyə və cənab Ərdoğanla danışıqlardan müxtəlif bəhanələrlə yayınaraq siyasi ədəbsizlik etdi və nəhayət cəzalandırıldı.
Bəşər Əsəd rejiminin devrilməsində əsas qüvvə Türkiyə və ABŞ müttəfiqlik etsədə, nəticədən sonra Suriyanın taleyi və idarəçiliyində Türkiyə və ABŞ arasında kəskin fikir ayrılığı olacaq. Ancaq Donald Trampın prezidentliyindən sonra ABŞ üçün Suriya o qədər də önəm daşımayacaq. Heç şübhəsiz ki, Suriyanın gələcək taleyi Türkiyənin iradəsinə bağlıdır.
Vüqar Dadaşov