Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd təsərrüfatı məhsulları bahalaşıb

Kənd təsərrüfatı məhsulları bahalaşıb


Avrasiya İiqtisadi İttifaq; ölkələrində kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, istehsalçılar 2024-cü ilin noyabr ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə öz məhsullarının qiymətlərini 3,9% qaldırıblar.

Oktyabr ayı ilə müqayisədə artım 2,9%, ilin əvvəlindən isə 2% təşkil edib.

Noyabr ayında 2023-cü ilin dekabr ayına nisbətən bitkiçilik məhsullarının qiymətləri 4,7 faiz, heyvandarlıq məhsullarının qiymətləri isə 1 faiz bahalaşıb.

Kənd təsərrüfatı istehsalçılarının qiymətləri Belarusda 9,2%, Rusiyada 2,1%, Qırğızıstanda isə 1,5% artıb. Eyni zamanda Ermənistanda (4,5%) və Qazaxıstanda (2,2%) azalma qeydə alınıb.

Mehman Mehdiyev
Xəbəri paylaş