2024-cü ildə Türkiyədə 623 min 148 yol qəzası baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, baş verən qəzalarda 2 min 713 nəfər həyatını itirib, 388 min 644 nəfər yaralanıb.
Qəzalarda həmçinin 356 min 368 maddi ziyan, 264 min 491 xəsarət qeydə alınıb.
Qəzaların 288 min 716-sı sürücünün, 26 min 228-i piyadaların, 1715-i sərnişinlərin, 2 min 703-ü nəqliyyat vasitələrinin, 1262-si isə yol şəraitinin təsiri ilə baş verib.
Qəzaların əksəriyyəti sürət həddinin aşılması səbəbindən olub.
Mehman Mehdiyev