Həmas İsrail girovlarının ikinci hissəsinin yanvarın 25-də azad ediləcəyini təsdiqləyib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Fələstinin Həmas hərəkatı öz Telegram kanalında müvafiq bəyanat yayıb.
“Həmas təsdiq edir ki, məhbus mübadiləsinin ikinci mərhələsi İsraillə razılığa əsasən, planlaşdırıldığı kimi - yanvarın 25-i şənbə günü baş tutacaq”, - deyə sənəddə bildirilir.
Mehman Mehdiyev