Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İT xidmətlərinin ixracı 470 milyon dolları keçib

İT xidmətlərinin ixracı 470 milyon dolları keçib


Qazaxıstan 2024-cü ilin ilk 9 ayında 471 milyon dollar dəyərində İnformasiya Texnologiyaları xidmətləri ixrac edib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

Rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Jaslan Madiev bildirib ki, Astana Hub Qazaxıstanın İT ixracının təşviqində əsas rol oynayır. Nəticədə ölkədə rezident şirkətlərin sayı 1,5 mini ötüb ki, onların da 400 beynəlxalq şirkətdir.

Hesabat dövründə ixracdan əldə olunan gəlir 227 milyard tenge və ya 479 milyon dollar təşkil edib.

Nazir deyib ki, Astana Hub rezidentlərinin ixrac coğrafiyası 90-dan çox ölkəni əhatə edir.

Anar Əliyev
Xəbəri paylaş