
Türkiyədə mənzil satışlarının sayı 2024-cü ildə bir əvvəlki ilə görə 20,6 faiz artaraq 1 milyon 478 min 25-ə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ən çox ev İstanbulda satıldığı halda, ən az satılan yer Hakkari olub.
Keçən ay isə bir əvvəlki ilin eyni ayına görə mənzil satışı 53,4 faiz artaraq 212 min 637-yə çatıb.
İstanbul, keçən il 239.213 ilə mənzil satışında ən yüksək paya sahib bölgə kimi qeyd edilib.
2024-cü ildə ən az mənzil satışı olan vilayətlər 755 ilə Ardahan, 958 ilə Hakkari və 998 ilə Bayburt olub.
Mehman Mehdiyev