
Türkiyədə arzuolunmaz hadisə baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, tüfənglə şəkil çəkdirən iki dostdan biri silah açıldıqdan sonra dünyasını dəyişib.
Belə ki, 17 yaşlı gənc Maltəpdə şəkil çəkdirdiyi pompalı ov tüfənginin partlaması nəticəsində həyatını itirib.
Məlumata görəŞ dostlar sosial şəbəkədə paylaşmaq üçün ov tüfəngi ilə şəkil çəkdirərkən təsadüfən silah açılıb.
Boyun nahiyəsindən güllə yarası alan B.İ vəfat edib. Hadisədən xəsarət almadan xilas olan M.A.Y. O, dindirilmək üçün polis bölməsinə aparılıb.
Anar Əliyev