Ruanda prezidenti Paul Kaqame Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir. Səfər rəsmi xarakter daşıyır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər zamanı liderlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müzakirə edəcəklər.
Bu, Türkiyə ilə Ruanda arasında ilk rəsmi prezident səfəridir.
Danışıqlar zamanı aktual regional və beynəlxalq məsələlər, ikitərəfli əlaqələrin gücləndirilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi də aparılacaq.
Mehman Mehdiyev