Ötən il veteranlara 30,6 milyon dollardan artıq vəsait ödənilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstanın Əmək Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il isə bu rəqəm 32,5 milyon dollar təşkil edəcək.
Hazırda Qazaxıstanda 85 203 veteran var. Onlardan 120-si Böyük Vətən Müharibəsi. 16983 nəfəri isə İkinci Dünya Müharibəsi veteranlarına bərabər tutulan şəxslərdir.
Bundan başqa digər dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirak etmiş veteranlar 26 506, Böyük Vətən Müharibəsi illərində vətən zəhmətkeşləri isə 41594 nəfərdir.
Əmək Nazirliyindən verilən məlumata görə, bütün kateqoriyalardan olan veteranlara digər sosial müavinətlər alıb-almamasından asılı olmayaraq, respublika büdcəsindən xüsusi aylıq dövlət müavinəti veriləcək.
Mehman Mehdiyev