
Daha iki blogger həbs edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Qazaxıstanda baş verib. Belə ki, Şimali Qazaxıstan vilayətində yerli məhdud məsuliyyətli cəmiyyətin rəhbərlərindən hədə-qorxu ilə pul alan iki blogger məhkəmə qarşısına çıxarılıb və onlara hökm oxunub. Bloggerlər 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlum olub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə neqativ materiallar dərc edəcəkləri ilə iş adamlarını hədələyərək, ticarət sahəsində “yoxlama” aparacaqlarını vəd etməklə məhdud məsuliyyətli cəmiyyətlərdən birinin direktorundan hədə-qorxu ilə pul alıblar. Onlar iş adamından ayda 200 min tenge göndərməyi tələb ediblər. Reputasiyasından narahat olan iş adamı tələb etdiyi vəsaiti ödəməyə razılaşıb və beş ay ərzində cinayətkarlara 1 000 000 təngə köçürüb.
Fırıldaqçılar bununla da kifayətlənməyərək başqa şirkətin rəhbərindən daha 50 milyon tenge almaq istəyiblər.
Mehman Mehdiyev