
Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”də dərc olunan regionda mümkün kommunikasiyaların açılmasına həsr olunmuş ətraflı bəyanatında səsləndirdiyi (daha doğrusu, növbəti dəfə təkrarladığı) hiyləgər və populist təklifləri ilə, əslində, Zəngəzur dəhlizinin "eksterritorial ərazi" prinsipi əsasında dəhliz kimi yox, Ermənistanın yurisdiksiyası altında olan adi yol kimi açılmasına nail olmaq istəyir. Rəsmi Bakı Ermənistan ərazisindən keçməklə Azərbaycanın qərbindən Naxçıvana keçməklə regional iqtisadi və nəqliyyat kommunikasiyalarının dəhliz prinsipi ilə açılmasına çalışır. Bu, 9 noyabr Üçtərəfli bəyanatının 9-cu bəndində də öz əksini tapıb. Həmin bəndə əsasən, Ermənistan birmənalı şəkildə Azərbaycanın Qərb rayonlarını Naxçıvanla əlaqələndirən kommunikasiya xəttində təhlükəsizliyə və maneəsiz hərəkətə təminat verib. Lakin Paşinyan isə indi bu gerçəyi danmağa çalışır.
9 noyabr Üçtərəfli bəyanatının altında imzası olan Ermənistanın baş naziri əsl erməni həyasızlığına salaraq deyir ki, “Ermənistan heç bir yazılı və ya şifahi öhdəlik götürməyib, razılaşmayıb və hətta suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı bir məhdudlaşdırılmasına, o cümlədən Azərbaycanın qərbindən Ermənistan ərazisi ilə Naxçıvana rabitə məsələsinə razı ola biləcəyinə işarə etməyib". Paşinyanın bu cür misli görünməmiş saxtakarlığı onu göstərir ki, o, bu yolla Zəngəzur dəhlizinin açılması məsələsini arxa plana keçirməyə və ümumiyyətlə, gündəlikdən çıxarmağa çalışır.
Paşinyanın səsləndirdiyi "Biz Azərbaycana İranın tranzitlə bağlı irəli sürdüyü rejimi təklif edirik" konsepti də hiyləgərliyin başqa bir nümunəsidir. Rəsmi Bakı haqlı olaraq Paşinyanın bu eyniləşdirilməsini qəbul etmir və Zəngəzur üzərindən tranzitin maneəsiz olmasını tələb edir. Çünki Azərbaycan son 30-35 ildə İranla yox, məhz Ermənistanla müharibə, münaqişə vəziyyətində olub. Naxçıvan isə məhz Zəngəzurun vaxtilə sovet-bolşevik rejimi tərəfindən Azərbaycandan qoparılıb Ermənistana verilməsi nəticəsində Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Ona görə də Naxçıvana maneəsiz və təhlükəsiz tranziti də bu gün İran yox, məhz Ermənistan verməlidir. Bu baxımdan, Paşinyanın İranın təklif etdiyi eyni hüquqi şərtlərlə Azərbaycanın qərbindən Naxçıvana tranziti təmin etməyə hazır olduqlarını bildirməsi dünya birliyini aldatmağa hesablanıb. Azərbaycan haqlı olaraq bu eyniləşdirməni rədd edir.
Paşinyan isə özünü bilərəkdən avam yerinə qoyaraq soruşur ki, Azərbaycan niyə bu təklifləri rədd edir. Və yaxud da ki, deyir ki, bu təkliflərin Azərbaycan tərəfindən niyə rədd edildiyi aydın deyil. Əsl həqiqətdə isə, Paşinyan bunun səbəbini yaxşı bilir, lakin saxtakarlıq edir. İrəvanın Azərbaycana İranın tranzitlə bağlı irəli sürdüyü rejimin eynisini təklif etməsinin Üçtərəfli bəyanatın öhdəliklərindən yayınmaq cəhdi olduğunu rəsmi Bakı başa düşür. Görünən budur ki, Ermənistan yenə də manipulyasiya ilə məşğuldur.
Halbuki, Ermənistan vicdanlı davranaraq, Üçtərəfli bəyanatın müvafiq maddəsi əsasında Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın materik hissəsindən Naxçıvana tranzit verməli, yüklərin maneəsiz daşınması və vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin etməlidir. Baxın, məsələnin həlli əslində bu qədər sadədir. Lakin Paşinyan isə həmişəki kimi yenə də ən məkrli, qeyri-konstruktiv variantları gündəmə gətirməklə sülh sazişini yubadır və dəhlizin açılmasında zaman itkisinə səbəb olur. Zaman itkisinin qarşısını isə yalnız Dəmir Yumruğumuz ala bilər. Təcrübə göstərir ki, ermənilər yalnız gücün qarşısında geri addım atır və doğru yolu seçməyə məcbur olurlar.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri