
Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasının yubanması, buna paralel olaraq İrəvanın sürətlə silahlanması təhlükəli məqamlardan xəbər verir. Bir sıra ekspertlər hətta regionda yeni bir müharibə riskinin olduğunu da proqnozlaşdırırlar.
Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı politoloq Yusif Bağırzadə də deyib ki, proseslərin bu cür davam etməsi müharibə ehtimalını artırır:
"Sülh sazişinin olmaması, Ermənistanın sürəti silahlanması fonunda erməni cəmiyyətində revanşist hisslərin güclənməsi və eləcə də ayrı-ayrı güclərin Cənubi Qafqaz maraqlarını təmin etmək üçün Ermənistana təzyiqləri müharibə riskini də artırır. Ümumiyyətlə əgər sülh yoxdursa, müharibə riski hər zaman aktual olaraq qalır".
Süleyman