
"Rusiya-Ukrayna müharibəsi qlobal xarakter alıb və bunun həlli təkcə Kiyev və Moskvanin iradəsindən asılı deyil. ABŞ-ın da müharibəni qısa bir zamanda durdura biləcəyi ağla batan deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP liderinin köməkçisi Əli Orucov deyib. O bildirib ki, Tramp məsələyə göründüyü kimi iqtisadi prizmadan yanaşır və qazancı təkbaşına əldə etmək istəyir:
"Ona görə də Ukrayna üzərindən Rusiya ilə sövdələşməyə Qərblə ortaqlıqdan qaçır. Həm Kiyevin, həm də onun Böyük Britaniya da daxil olmaqla Aİ tərəfdaşlarını nizamlanma prosesinə cəlb etmədən uğurlu danışıqlar aparmaq faktiki mümkün görünmür. Zelenski ilə Tramp və komanda üzvlərinin gərgin keçən görüşü nikbinlik üçün əsas vermir və Ağ Evin Kiyevə qarşı kəskin mövqe sərgiləməsinə bəhanə verdi. Tramp indi Ukraynadan daha çox güzəşt tələb edəcək və bu güzəştlərə Kiyevin necə reaksiya verəcəyi hələ bəlli deyil. Məlum olan odur ki, Trampsız Aİ , NATO müharibəni durdurmaq iqtidarında deyil və buna heç ciddi cəhd də göstərmir. Halbuki Ukrayna-Rusiya müharibəsinin nəticəsi Qərbin təhlükəsizlik arxitekturası üçün daha təsirli olacaq".
Əli Orucov deyib ki, Qərb uzun illər ABŞ çətirinə arxayın olub və öz təhlükəsizliyinin qayğısına qalmayıb:
"Amma dünya sürətlə dəyişir və beynəlxalq nizam güc üzərində qurulur, hüquq və qaydalar sıradan çıxarılıb. Belə bir mürəkkəb və qarışıq dönəmdə sürətli şəkildə Aİ-nin özünü müdafiə qabiliyyətinin gücləndirməsi və həm Rusiya, həm də ABŞ-la, eyni zamanda Çinlə mübarizəyə girməsi absurd olduğundan Vaşinqtonla dil tapmağa üstünlük verməklə müharibənin həlli ünvanını da Zelenskiyə göstərdi. Hesab edirəm ki, Tramp Ukrayna Rusiya müharibəsinin həll edə biləcək. Ancaq bu Rusiya və Aİ üçün baha başa gələcək. Xüsusən də Ukraynanın itkiləri daha çox olacaq. Aydındır ki, ABŞ oyundan çıxsa, Qərb Rusiyaya qarşı uzun müddət duruş gətirə bilməyəcək. Baxmayaraq ki, məsuliyyəti özü üzərinə götürməklə bəyanatlar verildi. Ancaq reallıqda və cəbhədə həllə də Qərbin tərddüdləri hiss olunur. Bütün bunlara rəğmən müharibənin tez dayandırılması böyük dağıntıların və itkilərin qarşısını almış olardı".
Süleyman