
"Türkiyə müxtəlif coğrafiyalarda baş verən münaqişələrin həllində açar rolunu oynayır. Bunu dünya gücləri qəbul etsələr də elədir, qəbul etməsələr də. Ən yaxın tarixdə istər bizim coğrafiyada, istərsə də ayrı-ayrı regionlarda baş verən münaqişələrin həllində Türkiyənin necə barışdırıcı, sülhsevər bir oyun nümayiş etdirdiyini hər kəs gördü".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, uzun illərdir vətəndaş müharibəsi yaşayan Suriyada yaşanan son hadisələr və Əsəd rejiminin devrilməsi ilə ölkədə sabitliyin təmin olunması istiqamətində atılan addımlarda Türkiyənin oynadığı rol bunu bir daha sübuta yetirir:
"Eyni zamanda Rusiya-Ukrayna müharibəsinin ilk ilində Türkiyənin irəli sürdüyü təşəbbüslər qardaş ölkənin təkcə özü üçün deyil, dünya üçün, qlobal miqyasda sülh vı sabitlik üçün çalışdığını sübuta yetirdi. Əgər Türkiyənin təşəbbüsünə zamanında Moksva və Kiyev isti yanaşsaydı, o halda vəziyyət hazırkı duruma gəlib çıxmaz, minlərlə insan həyatını itirməzdi".
İctimai Birlik sədri qeyd edib ki, bu günlərdə Londonda Ukrayna probleminə dair keçirilən zirvə görüşünə Türkiyənin də dəvət alması Ankaranın qlobal miqyasda nüfuzu və rolunun göstəricisidir:
"Artıq Avropada anlayırlar ki, dünyanın təhlükısizlik sistemində, münaqişələrin həllində Türkiyənin təşəbbüsləri faydalıdır və bu ölkə ilə hesablaşmaq zamanıdır".
Süleyman