
"Azərbaycan qadını tarix boyu milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, elmin, mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrində fədakarlıq göstərib, cəmiyyətimizin dinamik inkişafına mühüm töhfələr verib".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Mahir Süleymanlı 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı təbrikində qeyd edib. Millət vəkili Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Milli Məclisin sədri Sahibə xanım Qafarovanın və xanım deputat həmkarlarımın, eləcə də Milli Məclis aparatının qadın əməkdaşlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının analarının timsalında, ölkəmizin bütün qadınlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara möhkəm cansağlığı, ailə səadəti və həyatlarının hər sahəsində müvəffəqiyyətlər arzulayıb:
"Hər zaman yenilikçi düşüncəsi, yaradıcılığı və sarsılmaz vətənpərvərliyi ilə seçilən Azərbaycan qadının bu müqəddəs missiyanı böyük məsuliyyət və fədakarlıqla davam etdirəcəyinə, xalqımızın rifahına, ölkəmizin davamlı inkişafına dəyərli töhfələr verəcəyinə inanıram.
Əziz xanımlar bayramınız mübarək!".
Süleyman
Mahir Süleymanlı, Milli Məclisin deputatı