Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Çin arasında 98 milyon dollarlıq sövdələşmə

Qazaxıstan və Çin arasında 98 milyon dollarlıq sövdələşmə


Qazaxıstan və Çin iş adamları 98 milyon dollarlıq müqavilə imzalayıblar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyi məlumat verib.

Bildirilib ki, ötən il Qazaxıstan və Çinin Şensi əyaləti arasında qarşılıqlı ticarət dövriyyəsi 382,3 milyon dollar təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Nazirlik bildirib ki, Ticarət və İnteqrasiya Nazirliyinin Sian şəhərinə səfər edən biznes nümayəndə heyəti Şaansi əyaləti ilə ticarət, iqtisadi və investisiya əməkdaşlığının daha da dərinləşməsinə töhfə verib.

Mehman Mehdiyev
Xəbəri paylaş