Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şagirdlər arasında kütləvi zəhərlənmə

Şagirdlər arasında kütləvi zəhərlənmə


Qazaxıstanda şagirdlər arasında kütləvi zəhərlənmə olub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Manqistau vilayətinin Beyneu rayonunda qeydə alınıb.

Belə ki, 11 məktəbli qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Beyneu Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə qusma və halsızlıqdan əziyyət çəkən uşaqlar gəlib. Həkimlər tərəfindən müayinə olunduqdan sonra bütün uşaqlar evə göndərilib. Onların heç biri xəstəxanaya yerləşdirilməyib.

Həkimlərin sözlərinə görə, hazırda uşaqların səhhəti stabildir və onlar ambulator nəzarətdədirlər.

Anar Əliyev
Xəbəri paylaş