
Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinə bağlı olan Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan türkcəsindən türk dilinə çap olunmuş nəşrlərin elektron nüsxələri Azərbaycan və Türkiyənin Milli Kitabxanalarına və aparıcı kitabxanalarına göndərilib.
Newscenter.az xəbər verir ki, bu barədə Aərbaycan Mədəniyyət Mərkəzi məlumat yayıb. Mərkəzdən bildirilib ki, sözügedən nəşrlərin daha geniş auditoriyaya çatdırılmasını və istifadəsini asanlaşdırmaq məqsədilə elektron nüsxələrin hər iki ölkənin aparıcı kitabxanalarının internet saytlarının elektron kitab bölmələrinə daxil edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfirliyinə bağlı olan Azərbaycan Mədəniyyət Mərkəzi sistemli olaraq qardaş ölkədə mədəniyyətimizin daha geniş aspektdə təbliği istiqamətində işlər görür, addımlar atır.
Süleyman