Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın hava məkanı bağlanır

Qazaxıstanın hava məkanı bağlanır


Qazaxıstanın paytaxtı Astana şəhərinin hava məkanı müvəqqəti olaraq bağlanacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu, Astanada keçiriləcək hərbi paradla əlaqədardır. Bu səbəbdən paytaxtın hava məkanından istifadəyə məhdudiyyətlər tətbiq olunacaq.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyindən verilən açıqlamada, "Qələbənin 80-ci ildönümü ilə bağlı hərbi parada hazırlıq görüləcək, ona görə də hava məkanından istifadə üçün vaxt məhdudiyyəti tətbiq olunacaq"-, deyə bildirilib.

Müdafiə Nazirliyinin məlumatına görə isə, hərbi aviasiya aprelin 22-dən mayın 7-dək saat 10:00-dan 13:00-dək paytaxtda təlim-məşq toplanışı keçirəcək.

Anar Əliyev
Xəbəri paylaş