Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 1 ay ərzində 420 min nəfər öz evindən didərgin düşüb

Son 1 ay ərzində 420 min nəfər öz evindən didərgin düşüb


İsrailin atəşkəs razılaşmasını pozduğu 18 mart tarixindən bu günə qədər Qəzzada 420 min insan didərgin düşüb.

Newscenter.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) məlumat yayıb.

Hesabatda o da qeyd edilib ki, İsrailin martın 18-də atəşkəsi pozaraq başlatdığı şiddətli hücumlar nəticəsində Qəzzada çox sayda mülki vətəndaş həyatını itirib.

Məlumatda qeyd olunub ki, martın 2-dən İsrailin tətbiq etdiyi blokadaya görə Qəzzaya humanitar yardım daxil olmayıb.

İsrailin blokadası nəticəsində Qəzzada qida, yanacaq, tibbi yardım və uşaqlar üçün peyvənd də daxil olmaqla mühüm humanitar ləvazimatlar tükənir.

Mehman Mehdiyev
Xəbəri paylaş