Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb

İranda partlayış nəticəsində 8 nəfər ölüb, 750 nəfər yaralanıb


İranın cənubundakı Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 8-ə çatıb, 750-dən çox insan yaralanıb.

Newscenter.az-ın məlumatına görə, “Report” “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri İskəndər Momeni bildirib.

Əyalət təhlükəsizlik qüvvələrinin komandiri Əli Əkbər Cavidanın sözlərinə görə, partlayış nəticəsində 6 nəfər itkin düşüb.

"Tasnim" partlayışın yanacaq çənindəki alov nəticəsində baş verdiyini iddia edir.

Yerli KİV-in məlumatına görə, partlayış o qədər güclü olub ki, Fars körfəzindəki Bəndər Abbas limanından azı 20 km aralıda yerləşən Keşm adasında eşidilib.
Xəbəri paylaş