
Asiya Olimpiya Şurasının 46-cı Baş Assambleyası 2026-cı ildə Daşkənddə keçiriləcək.
Newscenter.az "Sputnik Özbıkistan"a istinadən bildirir ki, bu məqsədlə Asiya Olimpiya Şurasının (OCA) 45-ci Baş Assambleyası keçirilib. Özbəkistanın ilk dəfə olaraq qurumun Baş Assambleyasına ev sahibliyi edəcəyi açıqlanıb.
Məlumata görə, Olimpiya Komitəsinin baş direktoru Hüseyn Əl Musəllamın Baş Assambleyanın 2026-cı ildə Daşkənddə keçirilməsi təklifi iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.
Qeyd edək ki, Baş Assambleya Asiya Olimpiya Şurasının ali idarəetmə orqanıdır və onun işində 45 ölkədən Milli Olimpiya Komitələrinin nümayəndələri iştirak edir. Onlar Asiya idmanı ilə bağlı mühüm qərarları, qitədə idman siyasətini və perspektiv istiqamətləri müzakirə edirlər.
Süleyman