
Məktəblərdə aparılan yoxlamaların nəticələrinə əsasən 150 əmr verilib, 12,7 milyon tengedən çox cərimə tətbiq edilib. 31 nəfərin işinə xitam verilib, 6 iş məhkəməyə göndərilib.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirilib ki, xüsusilə Manqistau vilayətində məktəblilər arasında qida zəhərlənməsi halları narahatlıq doğurub. Bu baxımdan təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin edilməsi üsullarına yenidən baxılmasına ehtiyac var.
Bu məqsədlə Səhiyyə Nazirliyi yeni nəzarət tədbirləri hazırlayıb.
O da bildirilib ki, 2025-ci ildə ümumilikdə 191 məktəb, o cümlədən 54 yeməkxana yoxlanılıb. Bu yoxlamalar prokurorluğun müraciəti əsasında plandankənar aparılıb. Bu göstərici ötən dərs ilindən 23 dəfə azdır.
Fuad