
Türkiyədə yeni ictimai çimərliklər istifadəyə veriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Nazir bildirib ki, Bodrum Yalıkavak və Antalya Manavgat Sorkun Məhəlləsində tikilməkdə olan yeni ictimai çimərliklər 2025-ci il turizm mövsümündə xidmətə açılacaq. Çimərliklərdən istifadə pulsuz olacaq.
Nazir Ərsoy 2019-cu ildən bu yana pulsuz xidmət göstərən ictimai çimərliklərin sayının 17-yə çatdığını bildirib.
Anar Əliyev