
Qazaxıstanda 2030-cu ilə qədər 37 nəzarət-buraxılış məntəqəsi modernləşdiriləcək, altı layihənin icrasına başlanılıb, KazAvtoZhol xəbər verir.
Beynəlxalq ticarətin, tranzit daşımaların və sərnişin daşımalarının artması ilə əlaqədar 5 il ərzində 37 sərhəd obyekti müasirləşdiriləcək. Bu işlər mərhələli şəkildə həyata keçiriləcək.
İndi mütəxəssislər altı prioritet layihənin icrasına başlayıblar. Bunlar “Qazaxıstan-Qırğızıstan” və “Qazaxıstan-Rusiya” sərhədində yerləşən Beşaqaş, Karasu, Sırım, Alimbet, Jana Yol və Kosak keçid məntəqələridir.
Gələcəkdə həyata keçirilməsi üçün daha altı layihə hazırlanır. Bunlar: Taşkala, Urlitube, Kurmanqazı, Aksay, Kayrak və Kamışanovkadır.
Bu layihələr çərçivəsində sərhədə yaxın rayonlar inkişaf etdiriləcək.