
Qazaxıstanda 10 ayda 366 milyon dərman etiketlənib.
Newscenter.az "Sputnik Qazaxəstan"a istinadən bildirir ki, bu barədə Tibbi və Əczaçılıq Nəzarəti Komitəsinin sədri Bauyrjan Zhusupov məlumat verib. Bildirib ki, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, xəstələrin müdafiəsi və dərman vasitələrinin dövriyyəsində şəffaflığın artırılması istiqamətində tədbirlər görülür.
Bildirib ki, 2024-cü il iyulun 1-dən Qazaxıstanda bu tarixdən sonra istehsal olunan bütün dərman vasitələri üçün məcburi etiketləmə və monitorinq proseduru tətbiq edilib.
30 may 2025-ci il tarixinə malların markalanması və nəzarəti informasiya sistemində dərman vasitələrinin dövriyyəsinin 5000-dən çox iştirakçısı qeydiyyata alınıb.
Mehman Mehdiyev