Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa İttifaqı nədən narahatdır?

Avropa İttifaqı nədən narahatdır?


Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri qorxurlar ki, ən pis ssenaridə ABŞ Ukraynaya dəstəyi tamamilə dayandıra, o cümlədən kəşfiyyat məlumatlarını paylaşa, həmçinin Avropa ölkələrinə Amerika silahlarının Kiyevə ötürülməsini qadağan edə bilər.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.

Yazıda qeyd edilir ki, Aİ hazırda ABŞ-la eyni anda üç mühüm məsələ - ticarət mübahisəsi, NATO-da hərbi xərclər və Ukrayna böhranı üzrə danışıqlar aparmalı olur. Aİ qorxur ki, ABŞ Brüsseli bu məsələlərdən birində güzəştə getməyə məcbur edə.


Aİ-nin yüksək səviyyəli rəsmiləri bu mövzuların hər biri üzrə danışıqların mümkün olan ən pis nəticəsinin nə ola biləcəyini müzakirə ediblər.


Anar Əliyev
Xəbəri paylaş