
Özbəkistanda “Rəqəmsal Hökumət Layihə Ofisi” fəaliyyətə başlayıb və rəqəmsal hökumət sisteminin inkişafı sahəsində mövcud vəziyyətin təhlili, mövcud problemlərin müəyyən edilməsi və aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, “Rəqəmsal hökumət” proqramı çərçivəsində 300 prioritet layihənin icrasına başlanılması nəzərdə tutulub və bu tapşırıq çərçivəsində dövlət başçısının müvafiq qərarı ilə 300 prioritet layihənin siyahısı təsdiq edilib. Bu günə olan məlumata görə, 2023-2024-cü illərdə dövlət idarəetməsinin və iqtisadiyyatın real sektorunun və regionların rəqəmsallaşdırılması üzrə ümumilikdə 258 layihə həyata keçirilib, 42-si isə icra olunur.
2024-cü ildə dərc olunmuş reytinqin nəticələrinə görə Özbəkistan əvvəlki hesabat dövrü ilə müqayisədə 6 pillə, son 2 reytinqin nəticələrinə görə isə ümumilikdə 24 pillə yüksələrək 193 ölkə arasında 63-cü yerdə qərarlaşıb. Ən əsası, Özbəkistan ilk dəfə Elektron bölməsinə Yüksək EGDI qrupundan Çox Yüksək EGDI qrupuna daxil olub.
Səhiyyə sektorunun rəqəmsallaşdırılması və xəstələrin vahid məlumat bazasının yaradılması məqsədilə ilkin tibb-sanitariya müəssisələrinin və müalicə-profilaktika müəssisələrinin fəaliyyətinin avtomatlaşdırılmasına yönəlmiş “DMED” informasiya sistemi hazırlanıb. Respublika üzrə 470 tibb müəssisəsində bu informasiya sistemi işə salınıb və məlumat bazasında ilkin tibb-sanitariya müəssisələrində 32 milyon xəstə haqqında elektron məlumatlar var.
Fuad