Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini də cavabsız qoymamalıdır

Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini də cavabsız qoymamalıdır


Rusiyanın “RİA Novosti” agentliyinin “Moskva Bakının Rusiyanın yeni regionları və Krımı tanımasına ümid edir” xəbəri Kreml sahibinin köməkçisi Vladimir Medinskinin son müsahibəsində Qarabağı “mübahisəli ərazi” kimi adlandırmasının təsadüfi, yəni dil sürüşməsi olmadığını göstərir. Rusiyanın dövlət agentliyinin yaydığı bu xəbər adının çəkilməsini istəməyən mənbəyə istinadən yayılıb. Həmin mənbənin Kremldən olduğu aşkardır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. Onun sözlərinə görə, Kremlin “RİA Novosti” vasitəsilə Bakıya göndərdiyi mesajı belə oxumaq lazımdır:

“Azərbaycanın Rusiyanın Ukraynadan qopardığı bölgələri, o cümlədən Krımı Rusiya ərazisi kimi tanımasını istəyirik”. Ötən ilin dekabrında Rusiya səmasında Azərbaycanın mülki təyyarəsini raketlə vurduğuna və vətəndaşlarımızı öldürdüyünə görə Azərbaycandan üzr istəməyən, günahkarları cəzalandırmayan Kreml hələ bizdən Ukraynanın işğalını tanımamızı istəyir. Bu heç zaman mümkün olmayacaq. Belə olan halda Kremlin və rusiyalı rəsmilərin, deputatların və diplomatların Azərbaycana münasibətində əvvəlkitək təxribatlar gözləməliyik. Maraqlıdır ki, Kremli bu “istəyini” ilk dəfə Azərbaycana adını çəkərək səsləndirib".

Politoloq qeyd edib ki, Kreml eyni istəyi strateji tərəfdaş adlandırdığı dövlətlərdən, o cümlədən Çindən də gözləyirmi? Kreml Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyi üzvlərindən də Krımı Rusiya ərazisi kimi tanımasını istəyirmi?

"Başqalarını bilmirəm, Azərbaycan Xarici İşlər Nazirliyi “RİA Novosti”nin təxribatçı xəbərini də cavabsız qoymamalıdır".

Anar Əliyev
Xəbəri paylaş