Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müdafiə nazirinə yeni müavin təyin olunub

Müdafiə nazirinə yeni müavin təyin olunub


Kasım-Jomart Tokayev Kayrat Sadıkovu Qazaxıstan Respublikası Müdafiə nazirinin müavini, Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə Qüvvələrinin baş komandanı vəzifəsinə təyin edib, Akorda xəbər verir.
“Dövlət başçısının sərəncamı ilə Kayrat Anuarbekuly Sadıkov Qazaxıstan Respublikası müdafiə nazirinin müavini – Silahlı Qüvvələrin Hava Hücumundan Müdafiə Qüvvələrinin Ali Baş Komandanı vəzifəsinə təyin edilib”, - məlumatda deyilir.
Əvvəllər bu vəzifəni hazırkı müdafiə naziri Dauren Kosanov icra edirdi.
General-mayor Kayrat Sadıkovun 58 yaşı var, Şərqi Qazaxıstan vilayətindəndir. Orenburq Ali zenit-raket komandanlığı məktəbini və Kunayev universitetini bitirib.
Sadıkov ikinci dərəcəli “Aibın” ordeni və “Hərbi şücaətə görə” medalı, eləcə də digər yubiley medalları ilə təltif edilib.
Xəbəri paylaş