Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Artıq 10 noyabr " Üç tərəfli Bəyannamə" qüvvədən düşüb

Artıq 10 noyabr " Üç tərəfli Bəyannamə" qüvvədən düşüb


Rusiya ilə Azərbaycan arasında yaranan siyasi böhranın davam etməsi gözlənilir. Moskvanın Cənubi Qafqazda geosiyasi mövqeləri zəifləyir. Rusiya ikinci Qarabağ müharibəsində imzalanan 10 noyabr "Üc tərəfli Bəyannaməsi" regionda qalıcılığını planlaşdırırdı. Artıq 10 noyabr " Üç tərəfli Bəyannamə" qüvvədən düşüb.

Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadıə deyib. O bildirib ki, Rusiya Xəzər dənizində Azərbaycana qarşı təxribatlara əl ata bilər:

"Qeyd edim ki, "Orta dəhliz" Xəzər dənizindən keçir. Təbii k, burada Çinin geosiyasi maraqları da təhdid edilə bilər.

Rusiya Azərbaycana tam təzyiqlər etmək və regionda qalmaq üçün Ermənistanda N. Paşinyanın devrilməsi üçün maksimum çalışacaq. Azərbaycana təzyiqlər daima Ermənistan üzərindən olub. Rusiya Kilsə və müxalifətdən istifadə edərək hakimiyyəti yıxmağa çalışır. Rusiyanın Ermənistanda qalib gəlmək şansları yoxdur. Xalq da bilir ki, Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlişi Azərbaycanla müharibə deməkdir. Ermənistan Baş nazirinə Rusiyanin sui-qəsd etməsi istisna deyil".


Süleyman
Xəbəri paylaş