Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla münasibətlərin normallaşması, daha çox Rusiyanın özünə lazımdır

Azərbaycanla münasibətlərin normallaşması, daha çox Rusiyanın özünə lazımdır


"Rusiya ilə münasibətlərin normallaşması, bilavasitə bu ölkənin özündən asılıdır. Ən azından ona görə ki, gərginliyin təşəbbüskarıdır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev son günlər gərginləşən Rusiya-Azərbaycan münasibətlərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, ötən ilin dekabr ayında sərnişin təyyarəmizin raketlə vurulması, cinayətkarların cəzalandırılmaması, indi də nümayişkaranə şəkildə soydaşlarımızın qətlə yetirilməsi, iş adamlarına, tanınmış diaspora nümayəndələrinə qarşı zorakılıq hərəkətləri nə dövlətlərarası, nə də qonşuluq münasibətləri ilə uzlaşmır:

"Ələlxüsus, Rusiyanın düşdüyü vəziyyətdə, Azərbaycanla münasibətlərin normallaşması, daha çox özünə lazımdır. Təəssüf ki, biz bunun əksini görürük. Şimal qonşumuzdan gələn mesajların ritorikası hədə qorxu gəlmək, etnik və dini zəmində aşağılamaq, imperiyapərəst, suveren dövlətlərin daxili işlərinə qarışmaq, SSRİ kimi utopik dövlətin bərpasından xəbər verir. Rusiyanın istədiyi odur ki, Azərbaycan Türkiyə və Qərblə yaxınlaşmamalı, müstəqil xarici siyasət aparmamalıdır".

Deputat hesab edir ki, gərginlik bir neçə gün davam edəcək:

"Yeni sürprizlər ola bilər. Biz buna hazır olmalıyıq".

Süleyman
Xəbəri paylaş