
İran-İsrail qarşıdurması səbəbindən İranda qalan təyyarələr Türkiyəyə qaytarılır.
Newscenter.az xəbər verir ki, bunu nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
"Lazımi texniki işlər tamamlandıqdan sonra Şirazdan THY təyyarəsi, həmçinin Tehran və Şirazdan Pegasus Hava Yollarına aid 4 təyyarə ölkəmizə qayıdacaq",- deyə nazir bildirib.
Nazir deyib ki, Mülki Aviasiya Baş İdarəsi iranlı həmkarlarla apardığı danışıqlar nəticəsində xüsusi uçuş icazələri alınıb və komandaları daşıyan təyyarələr bu gün səhər saatlarında İrana yola düşüb.
Uraloğlu, bölgədəki qrupların və təyyarələrin təhlükəsizliyi üçün ilk gündən hadisələri yaxından izlədiyini, prosesi sağlam şəkildə tamamlamaq üçün İran səlahiyyətliləri ilə əlaqə saxlamağa davam etdiklərini vurğulayıb.
Anar Əliyev