
Rusiyada Azərbaycan Vətəndaşlarına qarşı törədilən cinayətlər bir daha sübut edir ki, bu ölkənin yüksək dairələrində Bakıya qarşı mənfi münasibət və düşmənçilik mövqeyi hələ də qalmaqdadır.
Vaxtilə, Moskvanın məhz yardımı ilə erməni əsilli yüksək vəzifəli şəxslər Ermənistan SSR də və SSRİ nin yuxarı dairələrində anti türk və anti Azərbaycan siyasəti aparır, Dağlıq Qarabağ adlı qondarma vilayətin müstəqil olması üçün gizli və açıq fəaliyyət aparırdılar, Ermənistanda şovinist hərəkat əslində 1988 ci ildə ortaya çıxmayıb hələ 1950 ci illərdən mədəni, etnik, yaşam və siyasi hüquq baxımdan Azərbaycanlılar 2 ci dərəcəli adam kimi görülürdü.
Azərbaycanda 1988 ci ildə başlayan Xalq Hərəkatına qarşı Moskva Qarabağ məsələsini ortaya atdı, Qorbaçov hakimiyyəti bu torpaqları artıq ermənilərə satmışdı da.
Belə ki, xaricdə yaşayan erməni lobbisi ilə yüksək əlaqələri olan Qorbaçov onların sifarişi ilə seperatizm və etnik nifrəti xalqımıza qarşı başlatdırdı.
Bu işlərdə təkcə Qorbaçov deyil, SSRİ də yüksək postlar tutan digər ermənipərəst və onlardan müxtəlif dəstəklər alan insanlar da dayanırdı.
1990 cı ildə 20 yanvar hadisələri Sovet imperiyasının əsl üzünü göstərdi və ittifaqda Qazaxıstanda minə yaxın tələbəyə qarşı törədilən qətliamdan sonra növbəti dəhşətli cinayət hadisəsi sayılırdı.
20 yanvar faciəsinin səhərisi günü Mərhum Ümummilli lider Heydər Əliyev Moskvada bu hadisələrə görə Qorbaçovu sərt tənqid etmiş, hadisələrin günahkarlarının cəzalandırılmasını tələb etmişdir. Bu cəsarətli addımına görə Onun fəaliyyətindən qorxan hakimiyyət dairələri tutduğu vəzifədən Heydər Əliyevi uzaqlaşdırmışdı.
Sovet imperiyası Azərbaycanın tezliklə müstəqil olacağını bildiyi üçün Ermənistana silah, texnika, maddiyyat yardımı edərək Qarabağ və Qərbi Azərbaycanda Xalqımıza etnik şovinizmi başlatmışdır.
Deportasiya, işğal və qətliamlarla xalq hərəkatını zəiflətmək istəyən Moskva açıq aşkar Azərbaycanla dolayısı ilə müharibə aparırdı. Müstəqillik əldə edildikdən sonra bölgənin nəzarətini itirmək istəməyən, sülh və sabitliyin bərqərar edicisi qalmaq istəyən Moskva Qarabağın işğalını daha da sürətləndirmiş və Xocalı soyqırımında erməni silahlılarına 366 cı motoatıcı alayın vasitəsi ilə hərbi yardım göstərmişdir.
Bu üzdən Moskva beynəlxalq hüquqi cəhətdən insanlıq əleyhinə cinayət, etnik şovinizmə dəstək, dövlət sərhədlərinin pozulmasına və işğala dəstəyə görə məsuliyyət daşıyır.
Azərbaycanın torpaqlarının 30 ilə yaxın işğal altda qalmasında Rusiya hakimiyyəti günahkardır.
Onların şovinizminə sübuta 3 il öncə Bakını və Tokyonu atom bombası ilə hədələyən deputat, erməni əsilli Marqarita Simonyan və Tiqran Keosyanın anti Azərbaycan ritorikası və fəaliyyəti, Qarabağ məsəlində Azərbaycana qarşı qərəzli mövqe, erməni lobbisi ilə ortaq iş aparan Rusiyalı siyasi şərhçi və xadimlər, Azərbaycan təyyarəsinin vurulmasına görə təzminat ödənilməməsi, işin araşdırılmaması, və bir neçə gün öncə 5 nəfərin öldürülməsi ilə nəticələnən cinayət aiddir.
Rusiyada fəaliyyət göstərən bir sıra erməni əsilli biznesmenlər müxtəlif siyasətçilərə aylıq pul ödəyərək hər dəfə müxtəlif efir debatlarında Azərbaycanı pisləmək, Qarabağı Artsax kimi qələmə vermək, erməniləri məzlum kimi göstərmək üçün təşviq edir.
Azərbaycanın müstəqil siyasət yürütməsi həmişə Rusiyanı narahat edib. Türkiyə ilə getdikcə artan ittifaq siyasəti, Qarabağın azad edilməsi, Dağlıq Qarabağ qondarma respublika ideyasının puç olması Moskva üçün Azərbaycana təsir etmək imkanını azaldır və bu üzdən bəzən aşkar şəkildə hətta Bakıya müxtəlif ultimatumlar ünvanlanır.
İsa İsmayılov, politoloq